Modern.az

Fransua Olland Fransanın ən qeyri-populyar prezidentidir

Fransua Olland Fransanın ən qeyri-populyar prezidentidir

Образование

15 May 2014, 17:45

Fransa vətəndaşlarının 86 faizi hazırkı prezident Fransua Ollandın siyasətindən narazıdırlar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkədə keçirilən sosioloji sorğu da göstərir. Ollandın 2012-ci il mayın 15-də keçirilən andiçmə mərasimindən sonra Fransanın iqtisadi inkişaf göstəriciləri zəifləyib, sosial gərginlik yaranıb. İşsizlərin sayının artması həm də ölkədə kriminogen vəziyyətin ağırlaşması ilə müşaiyət olunur. Bu səbəbdən Olland 5-ci respublikanın ən qeyri-populyar prezidentinə çevrilib. Sorğuda iştirak edənlərin 52 faizi Ollandın fəaliyyətini “çox pis”, 34 faizi “kifayət qədər pis”, 13 faizi “kifayət qədər yaxşı” və yalnız 1 faizi “çox yaxşı” qiymətləndiriblər. Bundan başqa, Fransua Olland digər bir antirekorda da imza atıb.

Belə ki, populyarlığını ən sürətlə itirən dövlət başçısı kimi də tarixə düşüb. Prezident seçkilərindən həmən sonra Ollandi 61 faiz vətəndaş dəstəkləyirdisə, 4 aydan sonra onun reytinqi 43 faiz, 2012-ci ilin sonları üçün isə 38 faizə qədər azalmışdı. Onun 6 il evli olduğu jurnalist həyat yoldaşı Valeri Trierveylerə xəyanət etməsi və  aktrisa Jüli Qaye ilə gizli görüşlər keçirməsi ortaya çıxdıqdan sonra Fransua Olland son tərəfdarlarını da itirib.

 

Vüqar İsmayılov       
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı