Modern.az

Əli Həsənovdan Minsk Qrupuna sərt sözlər: “Turist kimi gəlirlər...”

Əli Həsənovdan Minsk Qrupuna sərt sözlər: “Turist kimi gəlirlər...”

Education

16 May 2014, 11:59


Laçın rayonunun işğalının 22-ci ildönümü münasibəti ilə bu gün keçirilən tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov  ATƏT-in Minsk Qrupunu sərt şəkildə ittiham edib. Modern.az xəbər verir ki, Ə.Həsənov həmsədrlərin fəaliyyətini turist səfərləri kimi şərh edib. Ə.Həsənov deyib ki, hər həmsədr 3-4 il çalışır, bölgəyə turist səfərləri edir, böyük maaşlar alıb gedirlər, ortada isə heç bir nəticə yoxdur.

Baş nazirin müavini Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadla bağlı səsləndirdiyi fikri də tənqid edib. “Guya  ermənilərlə aramızda etimad olmayıb? Onlar illərlə bizim torpaqlarda yaşayıblar. Ermənilər sonradan Laçının işğal edilməsinin yeni dəhliz yaratmaqla əlaqələndirdilər. Kəlbəcər də isə koridor məsələsini ortaya atdılar. Belə çıxır ki, ermənilərin kompakt yaşadığı Krasnodar və Stavrapol bölgələrindən də Ermənistana dəhliz açılmalıdır”,-deyə Ə.Həsənov qeyd edib.  

O, Minsk qrupunun həmsədrlərinin təklif etdiyi 6 prinsipdə Laçın dəhlizinin açılması məsələsinə də münasibət bildirib. Ə.Həsənov vurğulayıb ki, hər dəfə bir məsələ ortaya atılır, 5 il onun ətrafında müzakirə gedir: "Ermənilər Rusiyada da, İranda da Gürcüstanda da, ABŞ və Avropada da yaşayırlar. Ermənilər Laçını işğal etdilər, dedilər dəhliz yaradırlar, Kəlbəcəri işğal etdilər, dedilər bufer zona yaradırlar. Ermənilər Rusiyanın Stavropol və Krasnodar vilayətlərində kompakt yaşayırlar, deməli, oradan da Ermənistana dəhliz açmalı, koridor yaratmalıdırlar? ABŞ və Avropada ermənilərin kompakt yaşadığı yerlərdə də dəhliz açılmalıdır? Yaxud hansısa ölkədə milyonlarla azərbaycanlı yaşayır, biz də humanitar koridor istəyək?".

O, Azərbaycan prezidenti İlham Əliyevin işğal altında olan torpaqları azad edəcəyinə əminliyini də vurğulayıb.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı