Modern.az

AŞPA sədri Azərbaycana gəlir

AŞPA sədri Azərbaycana gəlir

Təhsil

20 May 2014, 16:19

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Ann  Brasser) mayın 22-də Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın Avropa müxbirinə AŞPA-nın mətbuat katibliyindən məlumat verilib.   Səfərin məqsədi mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etməkdir.   AŞPA sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə görüşləri də nəzərdə tutulub.  

O, mayın 22-də Azərbaycan prezidenti, baş naziri, xarici işlər naziri və Milli Məclisin sədrləri ilə görüşəcək.  

Xanım Brasser mayın 23-də jurnalistlər üçün mətbuat konfransı da keçirəcək.  

 

Modern.az    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı