Modern.az

Həmsədrlər Azərbaycana hansı sənədlərlə gəlmişdi – ŞƏRH

Həmsədrlər Azərbaycana hansı sənədlərlə gəlmişdi – ŞƏRH

Образование

26 May 2014, 11:16


ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona sonuncu səfərlərində Azərbaycanda yüksək səviyyədə qəbul olunmadan Bakını tərk etdi. Bunun səbəblər nə ola bilərdi? Həmsədrlər Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın suverenliyinə və müstəqilliyinə ziyan gətirən sənədləmi gəlmişdi?  

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a belə bir məqamı istisna etməyib. O, vurğulayıb ki, həmsədr ölkələrdə heç zaman Azərbaycanın xeyrinə olan sənədlər olmayıb: “Qarabağ probleminin həlli ilə bağlı variantların heç biri Azərbaycanın maraqlarına uyğun olmayıb. Bu yaxınlarda isə ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün bəyanat verdi. Burada həll üçün 6 prinsip var. Amma bunlar “Madrid prinsipləri”nin təkrarı idi. Yeganə yenilik işğal faktının qeyd olunmasıdır. Lakin yenə də Ermənistanın adı çəkilmədi”.  

Ekspert bildirib ki, həll variantı adı altında irəli sürülən müddəalar Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyur. Analitik  “sülhyaratma” proseslərinin birmənalı şəkildə  Azərbaycanın maraqlarını əks etdirmədiyi qənaətindədir:  “Bütün bunlar Dağlıq Qarabağdakı separatçı rejimin “müstəqil” olmasına xidmət edən variantlardır. Azərbaycan siyasi rəhbərliyi Minsk Qrupunun həmsədrlərini qəbul etməməkdə düzgün addım atıb”.  

Danışıqlar prosesində bunun ilk fakt olduğunu deyən siyasi təhlilçi düşünür ki, Bakının onlara daha etimadı yoxdur: “Çünki onlar heç zaman Azərbaycanın ərazi bütövlüyünə xidmət edən həll variantları təqdim etmirlər. Son zamanlar amerikalı diplomat Ceyms Uorlikin timsalında Minsk Qrupunun həmsədrləri qəribə bəyanatlarla çıxış edirlər. Gah tərəfləri kompromisə çağırır, gah da qondarma Dağlıq Qarabağ “respublikası”nı münaqişə tərəfi kimi göstərməyə cəhd edirlər. Onlar Azərbaycana qarşı baş verən təcavüz olayının siyasi anatomiyasını açmaq istəmirlər. Onlar Ermənistanın işğalçılıq siyasətinə diqqət etmədən Qarabağ problemini nizamlamağa çalışırlar. İstənilən müharibənin nəticələrini həmin müharibənin xarakterini müəyyənləşdirməklə həll etmək mümkündür. Onları bir qədər küncə sıxan kimi, deyirlər ki, biz vasitəçiyik. Minsk Qrupunun həmsədrlər faktiki olaraq problemin həllindən çox, status-kvonun saxlanılmasına və münaqişənin dondurulmasına xidmət edir. Onların təmsil etdiyi dövlətlər də ciddi siyasi iradə nümayiş etdirmirlər”.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı