Modern.az

Qəzzada jurnalist öldürülüb

Qəzzada jurnalist öldürülüb

Təhsil

26 Avqust 2014, 09:56

İsrail ordusunun Qəzzanın şərqində yerləşən Şücaiyyə məhəlləsinə təşkil etdiyi hücumda fələstinli jurnalist həyatını itirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Qəzzadakı Əşrəf əl-Kudra məlumat verib. Onun sözlərinə görə,  İsrail ordusunun bir evə təşkil etdiyi topçu hücumunda Abdullah Mürtəca adlı jurnalist həyatını itirib və 25 nəfər də yaralanıb. “Əl-Əqsa” media qrupu üçün çalışan jurnalistin 25 yaşı olub.

Bununla da kifayətlənməyən İsrail ordusu iki dövlət məktəbinə və 14 mərtəbəli binaya hava hücumu təşkil edib. Bu hücumlarda ölən və yaralananların olmadığı bildirilir.

Qeyd edək ki, iyulun 7-dən başlayan hücumlarda həyatını itirənlərin sayı 2132-nə çatıb. Onlardan 578-ini uşaqlar, 261-ini qadınlar, 102-ini yaşlılar təşkil edir.

Rüfanə GÜNƏŞ

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı