Bu gün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avstriyanın Vyana şəhərində Ukraynadakı vəziyyətlə bağlı təcili toplantı keçirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ATƏT-in amerikalı nümayəndə heyətinin məlumatına görə, təcili toplantının əsas mövzusu Rusiyanın Ukraynaya təcavüzüdür.
Ukrayna prezidenti verdiyi açıqlamda Rusiyanın Ukraynaya birbaşa hərbi müdaxiləyə başladığını və buna görə Təhlükəsizlik Şurasının təcili toplantısını çağırdığını bildirib. Bundan başqa, Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını da tələb edib.
Bu arada keçmiş siyasi məhbus Mixail Xodorkovski rus xalqına müraciət edərək Putin hakimiyyətinə qarşı etiraz etməyə çağırıb.
Modern.az