Erməni qrossmeyster, FIDE-nin reytinq cədvəlində 8-ci pillədə qərarlaşan Levon Aronyan 2015-ci il sentyabrın 10-dan oktyabrın 4-nə qədər Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda iştirak edəcəyini açıqlayıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə FİDE-nin prezidenti Kirsan İlumjanov şəxsən məlumat verib.
Onun sözlərinə görə, Aronyanın turnirdə iştirak edəcəyi ilə bağlı razılığını Serj Sərkisyanla birlikdə keçirilən şam yeməyində açıqlayıb.
Modern.az