Modern.az

USAİD Azərbaycanda qadınların liderlik potensialına qətiyyətlə inanır

USAİD Azərbaycanda qadınların liderlik potensialına qətiyyətlə inanır

Education

31 Oktyabr 2014, 12:22


USAİD-in Azərbaycandakı missiyasının rəhbəri: “Qadınların siyasi iştirakçılıqda gender boşluğu üzdə görünməkdədir, Azərbaycanda bu sahədə vəziyyəti dəyişdirməyin vaxtı çatıb”

Oktyabrın 31-də USAİD-in maliyyələşdirdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının texniki dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda konfrans  keçirilib.  

Modern.az saytının məlumatına görə, konfransın məqsədi yerli özünüidarəetmədə qadınların fəal iştirakı, bələdiyyələrin fəaliyyətində qadınların rolunun artırılması, bələdiyyələr və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, habelə qarşıdan gələn bələdiyyə seçkilərində qadınların elektoral aktivliyinin artırılmasına dəstək vermək olub.

Konfransı giriş sözü ilə açan deputat Məlahət Həsənova USAİD-in Qadın İştirakçılığı Proqramının qərar qəbuletmə proseslərinə daha çox qadının cəlb edilməsi üzrə ictimai məlumatlandırma səylərini təqdir edib.  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasının əhəmiyyətini qeyd edib və 2009-cu il bələdiyyə seçkilərində qadınların təmsilçiliyinin 4 faizdən 27 faizə yüksəlməsini yüksək qiymətləndirib.  

USAİD-in Azərbaycandakı missiyasının rəhbəri Bruk Ayşam deyib ki, USAİD qadınların liderlik potensialını artırmaqla daha dayanıqlı və ədalətli inkişafa nail olmağa qətiyyətlə inanır.  “Bir çox ölkələrdə qadınların siyasi iştirakçılıqda gender boşluğu üzdə görünməkdədir. Azərbaycanda da artıq bu sahədə vəziyyətti  dəyişdirməyin vaxtı çatıb. Bu gün qadınlarla kişiləri eyni masada görmək mənim üçün çox xoşdur. USAİD də bu məsələyə çox diqqətlə yanaşır. ABŞ prezidenti Barak Obama keçən il çıxışında deyib ki, nə qədər uğurlu qadın varsa, o qədər inkişafa nail olmaq olar. Azərbaycanda qdın liderlər nə qədər çox olsa, Azərbaycan bundan yalnız fayda əldə edəcək”.    

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin direktoru Mehdi Səlimzadə və Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov mövzu ətrafında çıxış edərək Azərbaycanda yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi ilə bağlı fikirlərini bölüşüblər.  

Namidə Bingöl

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı