Modern.az

Bakı metropolitenində Avropa Oyunlarına hazırlıq başlayıb

Bakı metropolitenində Avropa Oyunlarına hazırlıq başlayıb

Образование

12 Noyabr 2014, 10:47

Bakı metropoliteni  gələn il Azərbaycan paytaxtında keçiriləcək Avropa Oyunlarına hazırlıqla bağlı ciddi işlər görəcək.

“Əgər ehtiyac olarsa,  metronun iş qrafikinə də baxıla bilər”. Bu haqda Modern.az-a Avropa  Oyunlarına hazırlıqdan danışan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

O, bildirib ki, metro vaqonları Avropa Oyunlarının loqosu isə bəzədiləcək.

Onun sözlərinə görə, əsas nəqliyyat vasitələrindən olan metro qatarlarında sərnişinlərin daşınmasına və mənzil başına çatdırılmasında problemin olmaması məsələsinə diqqətlə yanaşılacaq.

Metropolitenin fəaliyyətinin sərnişinləri təhlükəsiz və rahat daşınması olduğunu deyən N. Paşayev  gücləndirilmiş iş rejimində çalışacaqlarını da vurğulayıb: “Hələ vaxt var. Çalışacağıq ki, istər yerli, istərsə də xarici qonaqların rahat və təhlükəsiz mənzil başına çatdırılmasına tam nail olaq”.  

Məltəm TALIBZADƏ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı