Məşhur italyan rassamı Leonarda da Vinçinin “Mona Liza” əsəri ilə bağlı yeni iddia ortaya atılıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Leonarda da Vinçinin həyatı haqqında araşdırma aparan yazıçı Angele Paratiko məsələ barədə yeni iddia ortaya atıb. Onun bildirdiyinə görə “Mona Liza” portreti Leonardo Da Vinçinin İtaliyaya qul kimi gələn çinli anasının şəklidir.
Məlumatda Leonardo da Vinçinin anasının Floransiyanın 30 km-də olan Vinçi qəsəbəsində yaşadığı və 1452-ci ildə Leonardı dünyaya gətiridiyi qeyd olunub. Bildirilir ki, həmin tarixdən sonra( 1452) o, yoxa çıxıb. Çünki həmin dövrlərdə qul kimi yaşayan birinin ailə qurması qadağan idi. Leonardın anası isə qadağaları pozub.
"Mona Liza" ilə bağlı müxtəlif dövrlərdə fərqli fərziyyələr ortaya atılsa da, bu müəmma hələ də sirr olaraq qalmaqdadır.
Məltəm TALIBZADƏ