Modern.az

TQDK Hərbi Akademiyaya imtahan keçirdi

TQDK Hərbi Akademiyaya imtahan keçirdi

Образование

2 Dekabr 2014, 16:45

TQDK Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirib.

Modern.az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirib. 
İmtahan saat 11:00-da başlanmış və 2 saat 30 dəqiqə ərzində aparılıb.
İmtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib. Onlardan 1 nəfəri imtahana gəlməyib.

İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.

Məltəm Talıbzadə

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı