Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Образование

4 Dekabr 2014, 13:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlədə duman olacaq. Mülayim cənub küləyi axşamı arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 0-2, gündüz 4-8 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Respublikanın şimal və şərq rayonlarında hava yağıntılı olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı