Modern.az

Rusiyada 4 azərbaycanlının məhkəməsi başlayıb

Rusiyada 4 azərbaycanlının məhkəməsi başlayıb

Education

10 Dekabr 2014, 13:20

Sankt-Peterburq şəhərində Rusiya vətəndaşları – Azər Quliyev, Məcid İlqar, Anar Aslanov və Azərbaycan vətəndaşı Elçin Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar Rusiya Cinayət Məcəlləsinin 322.1 (xarici ölkə vətəndşlarının ölkəyə qanunsuz daxil olmasını təşkil etmə) maddəsi ilə ittiham olunurlar.  İstintaqın məlumatına görə, azərbaycanlılar 2014-cü ilin aprelindən avqustuna qədər Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən olan ən azı 15 mühaciri Rusiyada qanunsuz yerləşdirərək leqallaşdırıblar.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı