Modern.az

Fərəc Quliyev: “Dövlət büdcəsinin xərclər hissəsində ciddi qənaət müşahidə edildi”

Fərəc Quliyev: “Dövlət büdcəsinin xərclər hissəsində ciddi qənaət müşahidə edildi”

Eğitim

16 Dekabr 2014, 13:29

“2014-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 100 dollar nəzərdə tutulmasına və dünya bazarında neftin qiymətinin son azalmalarına baxmayaraq, bu ilin ilk 11 ayında neftin orta satış qiyməti 103.89 dollar olub ki, bu da büdcədə nəzərdə tutulan rəqəmdən yüksəkdir”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Fərəc Quliyev deyib.

Deputat bildirib ki, dövlət büdcəsinin xərclər hissəsində ciddi qənaət müşahidə edildi. “Sözügedən dövrdə dövlət büdcəsinin mədaxili 14,070 milyard manat, xərcləri 12,693 milyard manat olub, 1,377 milyard manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Sözügedən müddətdədövlət büdcəsinin xərcləri proqnoza nisbətən 86,0 faiz və yaxud 1,269 milyard manat az icra olunub. Deməli, pul olmasına baxmayaraq, büdcə xərclərinə 14 faiz qənaət edilib, demək olar ki, əksər xərclər üzrə qənaət tətbiq edilib. 2015-ci ildə bu profsitdən faydalanmaq imkanı  var.Bilirsiniz ki,Rusiyadakı vəziyyətlə bağlı soydaşlarımızın xeyli hissəsi Azərbaycana qayıdır.Onlara dövlətin dəstək çıxması və və faydalı çalışdırılması üçün qənaət olunmuş vəsait hesabına bir  Fond yaratmaq mümkündür”. 

Deputat təklif edib ki, Rusiyadan qayıdan soydaşlarımız müvafiq icra hakimiyyəti orqanlarından birinin, məsələn Dövlət miqrasiya xidməti idarəsinin nəzdində yaradılmış  kadr banklarında qeydiyyata alınsın. “Soydaşlarımız əyalətlərdə iş qurmaqla bağlı layihələrini təklif olunan Fonda təqdim edərək  həm oz vəsaitlərini qoymaqla  və bu fonddan da müəyyən  dəstək almaqla iş qursunlar.Bu əyalət siyasəti,qeyri-neft sektorunun inkişafına ciddi təkan olar. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində də qanunların icrasına ciddi nəzarət olunmalıdır. Dövlət-sahibkar münasibəti istiqamətində müəyyən müsbət işlər görülübdür. Məsələn,Sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün gələn ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 100 mln. manat vəsait nəzərdə tutulub. Milli Məclis də öz növbəsində sahibkarlığın inkişafı üçün qanunvericilikdə dəyişikliklər edib.Dəyişikliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə, vəzifəli şəxslərə cərimə nəzərdə tutulur. Müvafiq icra hakimiyyəti orqanlarının bu qanuna ciddi əməl etməsi vəziyyəti yaxşıya xeyli dəyişər” deyə ,o, əlavə edib. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı