Modern.az

7 şagird gəzintidən hamilə qayıtdı

7 şagird gəzintidən hamilə qayıtdı

Education

20 Dekabr 2014, 23:45

Bosniyada 7 şagirdin məktəbdən aparılan gəzintidən hamilə olaraq qayıtması, ölkədə böyük mübahisələrə səbəb olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bosniyanın serb bölgəsi “Respublika Srpskada” baş verən qalmaqal təhsil sisteminin də mühakiməsinə səbəb olub. Məktəbdə təşkil olunan gəzintiyə çıxan, yaşları 13 ilə 14 arasında dəyişən 7 qız uşağı evlərinə hamilə qayıdıb. Qız uşaqlarının evlərinə hamilə qayıtması məktəblərdə cinsi tərbiyə dərslərinin də tənqidinə səbəb olub.

Məktəblərdə cinsi tərbiyə dərslərinə qarşı çıxan bəzi valideynlər sözügedən dərslərin uşaqları cinsi əlaqəyə girməyə təşviq etdiyini irəli sürür. Bosniyanın paytaxtı Sarayevoda təkcə ötən il, yaşları az olan 31 qız uşağı cinsi əlaqə sonrası hamilə qalıb. Sarayevanın qadın xəstəlikləri mütəxəssisi Senad Mehmetbasiç isə məktəblərdə cinsi tərbiyə dərslərinin ləğv edilməsinə qarşı çıxıb. Mehmetbasiç deyib: “13 yaşlı qız uşaqlarının hamilə qalması kifayət qədər narahatlıq vericidir, ancaq bu cinsi tərbiyə dərslərinin ləğv edilməsinə səbəb olmamalıdır. Uşaqlarımız cinsi təhsili məktəb əvəzinə küçədə öyrənərək böyüməməlidir”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı