Modern.az

İsgəndər Həmidov: “Qardaşıma 10 dəfə Milli Qəhrəman adı verilməli idi”

İsgəndər Həmidov: “Qardaşıma 10 dəfə Milli Qəhrəman adı verilməli idi”

Образование

24 Dekabr 2014, 15:08

Son günlər keçmiş döyüşçülər Tərtər rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sərdar Həmidova Milli Qəhrəman adının verilməsi təklifi ilə çıxış edirlər.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov da Modern.az saytına açıqlamasında qardaşına Milli Qəhrəman adı verilməsi təklifini dəstəkləyib:

“Sərdar Həmidova təkcə Tərtərdəki fəaliyyətinə görə 10 dəfə Milli Qəhrəman adı verilməli idi”.

Onun sözlərinə görə, Sərdar Həmidovun qızını ermənilər güllələsələr də, o, ailəsini Tərtərdən çıxartmayıb: “Bir Allah, bir də Tərtər camaatı şahiddir  ki, Sərdar necə fəaliyyət göstərib. Haqq öz yerini tutacaq”.

Sərdar Həmidov 1992-ci ilin mart ayında Tərtər ərazi özünümüdafiə taborunun tərkibində əlahiddə rota yaradaraq, rayonun müdafiəsini təşkil edib, 1992-ci ilin may ayından Tərtər rayonunun müdafiə komitəsinin sədri olub. O, ərazidə yerləşən bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirərək uğurlu döyüş əməliyyatlarına rəhbərlik edib.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı