Kolumbiyanın ən tanınmıs qəzetlərindən olan “El Nuevo Siglo” (Yeni Əsr) və “El Espectador” qəzetlərində və “www.noticiascolombianas.com.co” və “reporte24.co” xəbər portallarında Xocalı soyqırımına həsr olunmuş məqalələr dərc olunub.
Modern.az-ın məlumatına görə, “El Nuevo Siglo” qəzetində dərc olunmus “Xocalı qətliamı, Azərbaycanın açıq yarası” (Asesinato de Jodyali, herida abierta en Azerbaiyan) adlı məqalədə Ermənistanın Azərbaycana qarsı işğalçılıq siyasətindən, Azərbaycan torpaqlarının zəbt edilməsindən söz açılır.
Xocalı səhərinin yerlə yeksan edilərək əhalisinin xususi qəddarlıqla kütləvi qətlə yetirilməsindən bəhs edilir, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləsmələrinin Xocalı səhərində soyqırım aktı həyata keçirdiyi vurğulanır.
Modern.az