“Rusiya Ukrayna ilə savaşda ancaq Pirr qələbəsi qazana bilər”. Bunu açıqlamasında millət vəkili Fərəc Quliyev bildirib. Millət vəkilinin sözlərinə görə, Rusiyanın Ukraynada qazanacağı uğur davamlı olmayacaq və əsla post-sovet ölkələrinə təhdid üçün zəmin formalaşdırmayacaq:
“Rusiyanın Ukraynadakı uğuru yalnız müvəqqəti xarakter daşıyacaq. Bir vaxt Almaniya üzərində də belə bir Pirr qələbəsi qazanmışdı və Almaniyada daş-daş üstə qalmamışdı. Lakin bu gün Almaniya bütün dünyanın ən çox inkişaf etmiş dördüncü ölkəsidir. Almaniya bu gün bütün istiqamətlər üzrə Rusiyanı qabaqlayır. Ukraynada daş-daş üstə qalmasa belə qısa zaman ərzində Avropanın ən çiçəklənmiş ölkəsi olacaq. Rusiya isə çökməyə məhkumdur. Bu baxımdan Rusiyanın ciddi üstünlük qazanıb post-sovet ölkələrini təhdid edəcəyinə ehtimal etmirəm. Əgər kimsə bunun arzusundadırsa, bu elə həmin insanların arzusu olaraq qalacaqdır”.
Seymur Əliyev