Modern.az

Rauf Qurbanov ƏSƏBİLƏŞDİ: “Xeyir-şər zalında yığışırlar" - FOTOLAR

Rauf Qurbanov ƏSƏBİLƏŞDİ: “Xeyir-şər zalında yığışırlar" - FOTOLAR

Образование

4 Mart 2015, 13:41

“Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi  02 mart 2015- ci il tarixində bəzi KİV -də  Azərbaycan Kommunist Partiyasının qrultayının keçirilməsi ilə əlaqədar  dərc edilən məlumatdan çox təssüfləndiyini bildirir”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib.

O bildirib ki, martın 1-də Xətai rayonunda Kommunist Partiyası adından keçirilən 38-ci qurultay keçirməsi təxribatdır. Rauf Qurbanovun sözlərinə görə, bu cür hallar partiya daxilində pozuculuq, ədavət yaratmaqdır. “Partiya daxili pozuculuq fəaliyyəti ilə məşğul olduğuna, yoldaşlar arasında ədavət yararmağa cəhd göstərdiyinə, partiya nizamnamə təlblərini ciddi şəkildə pozduğuna , kommunistə yaraşmayan hərəkətlərə yol verdiyinə görə Kommunist Partiyası Mərkəzi Komitəsinin 07.10 2014 -cü il plenumunun qərarı ilə partiya sıralarından xaric olunmuş bir şəxsin 02.03.2015. ci il tarixində guya "qurultay" keçirərək partiyanın rəhbər orqanlarında təşkilatı məsələyə  baxılması tamamilə yanlış və həqiqəti özündə əks etdirməyən bir məlumatdır”,-deyə Rauf Qurbanov bildirib.

AKP sədri qeyd edib ki, partiya sıralarından qovulan bir şəxs,  bir neçə insanı başına toplayaraq, xeyir-şər mərasimləri üçün nəzərdə tutulmuş zalların birində yığıncaq keçirib və buna     "qurultay " statusu verməyə çalışıb.

“Məlumatda qeyd olunur ki, tədbirdə 26 rayon - şəhər təşkilatında nümayəndə iştirak edib və 31 nəfər  AKP MK -nın, 7 nəfər isə MNTK üzvü seçiliblər. Foto görüntülərdən bir daha tam aydın

“Bu səpkili məlumatların yayılması isə  təkcə bizə qarşı yox, ümumiyyətlə, Azərbaycan cəmiyyətinə qarşı ünvanlanmış bir təxribatdır”.

Bildirək ki, martın 1-də Bakının Xətai rayonunda Azərbaycan Kommunist Partiyasının (5-ci çağırış) 38-ci qurultayı keçirildiyinə dair məlumatlar yayılıb.

Məlumata görə  Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) və beynəlxalq Kommunist Partiyaları İttifaqının (KPİ - KPSS) lideri Gennadi Züqanovun siyasi və ideoloji fikirlərini bölüşdürən partiyanın 26 rayon təşkilatı qurultayda təmsil olunub. Qurultayda Rauf Qurbanov AKP-nin keçmiş sədri kimi təqdim olunub və onun bir qrup tərəfdarı bölücü və fraksiyaçı adı ilə ittiham edilib.

Həmin qurultay zamanı çəkilən fotoları təqdim edirik:


Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı