Modern.az

Elşad Eyvazlı "Gənc Əkinçi"lərə mühazirə dedi - FOTO

Elşad Eyvazlı "Gənc Əkinçi"lərə mühazirə dedi - FOTO

Təhsil

13 Mart 2015, 14:00

“İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirir. "İrəli"nin Prezident yanında Gənclər Fondu ilə birgə təşkil etdiyi “Gənc Əkinçi” layihəsi artıq ikinci gündür ki, öz işinə davam edir. 

Modern.az-ın məlumatına görə, “Gənc Əkinçi”nin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.

Ümumilikdə layihədə 35 gənc jurnalist iştirak edir. Layihəyə cəlb edilən gənc jurnalistlərə peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçilir. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırıması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.

Akademiya iştirakçıları bu gün İsmayıllı rayonunun Mədəniyyət sarayında təlimlərdə iştirak ediblər. Təlimçi qismində iştirak edən Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı jurnalistlərə KİV-də Qarabağ problemi mövzusunda mühazirə deyib. Müzakirə-dialoq formasında keçən görüşdə gənc jurnalistlər Qarabağ probleminin jurnalistikada işıqlandırılması yollarını müzakirə ediblər.

Qeyd edək ki, martın 12-dən start verilən layihə martın 15-i başa çatacaq.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı