Modern.az

Norveç Sərkisyanın dəvətini rədd etdi

Norveç Sərkisyanın dəvətini rədd etdi

تحصیلات

16 Mart 2015, 09:58

Norveçin baş naziri Erna Solberg qondarma erməni soyqırımının 100-cü ildönümü səbəbi ilə Ermənistanda təşkil ediləcək anma mərasimlərinə qatılmayacağını açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qondarma erməni soyqırımının 100-cü  ildönümündə Ermənistanda təşkil ediləcək mərasimlərə dəvət edilən Norveçin sağ partiyadan olan baş naziri Erna Solberg Türkiyə ilə əlaqələrin daha əhəmiyyətli olduğuna diqqət çəkərək mərasimlərə qatılmayacağını bəyan edib.

Solbergin qərarı bəzi Ermənistan tərəfdarı tarixçilərin reaksiyasına yol açıb. Tarixçi Baard Larsen Solbergin qərarını tənqid edərək deyib: “Təəssüf, qorxaqca bir qərar. Eynilə, Səudiyyə Ərəbistanı, Çin kimi ölkələr necə mənfəətlər üçün tənqid olunmursa, Türkiyə də onun üçün  tənqid olunmur. Norveç Türkiyəni incik salmamaq üçün əlindən gələni edir. Norveç mərasimə baş nazir səviyyəsində qatılsaydı, bu provakasiya sayılmazdı”,

Ermənistan prezidenti Serj Sərkisyanın aprelin 24-də qondarma erməni soyqırımının 100-çü ili anma mərasimləri dəvətinə “xeyr” cavabı verən baş nazir Erna Solberg Norveçin nə baş nazir, nə də xarici işlər naziri səviyyəsində təmsil edilməyəcəyini, yalnız Ermənistandakı səfirin mərasimlərə qatıla biləcəyini bildirib.

Modern.az


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı