Modern.az

“Hökumətin 8-9 ay vaxtı var” - Əli Məsimli

“Hökumətin 8-9 ay vaxtı var” - Əli Məsimli

Təhsil

17 Mart 2015, 14:17

“Hökumət çox güman ki, manatın devalvasiyasından sonra yaranmış vəziyyətə bağlı tədbirlər paketi hazırlayır. Çünki manatın bahalaşması və neftin qiymətinin qalxması ehtimalı azdır. Həmin paketdə ictimai rəy nəzərə alınmaqla bəzi məqamlar öz əksini tapmalıdır”.

Modern.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin iclasında deyib.

Onun sözlərinə görə, dolların kəskin bahalaşması və neftin ucuzlaşması gözlənilmir: “Dollarla götürülən kreditlərlə bağlı məsələ açıq qalıb. Burada çətinlik çəkənlərin hər ikisi xalqdır. Ortaq məxrəcə gəlinməlidir. Hökumətin bu sahədə görəcəyi işlər vacibdir. Hökumət yaxın 8-9 ay ərzində devalvasiyanın yaratdığı müsbət şanslardan istifadə edərsə, o zaman nəyəsə ümid etmək olar. Əks halda, qiymətlərlə xərclərin artması devalvasiyanın müsbət effektlərini azaldacaq”.

Deputat bildirib ki, idxalın qarşısını almaq və ixracı stimullaşdırmaq lazımdır. Onun fikrincə, sahibkarlara aşağı faizli kreditlərlə yanaşı, dövlət tərəfindən də əlavə vəsait ayrılmalıdır: “Dövlət Neft Fondunun 2 milyardlıq vəsaiti məhz idxalı əvəz edən məhsulları istehsal edən, ixrac potensialını artıran sahibkarlara verilməlidir”.

Əli Məsimli bu ilin kənd təsərrüfatı ili olduğunu xatırladaraq qeyd edib ki, hökumət tərəfindən ərzaq təhlükəsizliyi ilə bağlı işlər görülür: “Özümüzə lazım olan ərzaq məhsullarının 80-85 faizini istehsal edirik. Ancaq taxılçılıq sahəsində bu göstərici 65 faiz civarındadır. Bu göstərici dövlət üçün aşağıdır. Təkcə Şəkidə Əyricay çay olan ərazidə su anbarının yaradılması 16 min hektardan çox torpağın suvarma dövriyyəsinə daxil edilməsinə imkan verəcək ki, bu da taxıl ehtiyatının artırılmasına şərait yaradacaq”.

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı