Modern.az

Azərbaycan “Eurovision-2015” in ikinci yarımfinalında 11-ci çıxış edəcək

Azərbaycan “Eurovision-2015” in ikinci yarımfinalında 11-ci çıxış edəcək

Təhsil

23 Mart 2015, 20:56

“Eurovison-2015” mahnı müsabiqəsinin iştirakçısı olan ölkələrin yarımfinalda çıxış ardıcıllığı açıqlanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, müsabiqənin rəsmi saytında yerləşdirilən siyahıda Azərbaycanın ikinci yarımfinalda mübarizə aparacağı qeyd olunub. Azərbaycan təmsilçisi səhnəyə 11-ci çıxacaq.

İlk yarımfinalda ölkələrin çıxış ardıcıllığı belədir: Moldova, Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan. 

İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.

İlk yarımfinal mayın 19-da, ikinci yarımfinal mayın 21-də olacaq. Müsabiqənin finalı isə mayın 23-nə təyin olunub.

Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına əsasən, finalda 14-cü çıxış edəcək. Ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”-də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı