Modern.az

İranla Türkiyə arasında serial QALMAQALI: "Çökdürür"

İranla Türkiyə arasında serial QALMAQALI: "Çökdürür"

Education

20 Aprel 2015, 22:03

İran dövlət televiziyası Türkiyə serialları ilə bağlı tənqidi mövqe sərgiləyib. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə İranın dövlət televiziyası bəyan edib ki, bu seriallar əslində türk mədəniyyətini və adətlərini hədəf alıb.

“Seriallar  qeyri-qanuni əlaqələri, adam öldürmə və ər-arvadın xəyanətini təbliğ edir. Bu seriallar türk ailə institunu çökdürür, boşanma hallarının artmasına şərait yaradır”,-deyə bildirilib.  

Qeyd edək ki, İrandakı dövlət televiziya kanallarında yalnız dini motivli bəzi türk serialları verilir.  

Aqşin Kərimov


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı