Modern.az

Ukraynanın münaqişə bölgəsində 9 azərbaycanlı tutuldu

Ukraynanın münaqişə bölgəsində 9 azərbaycanlı tutuldu

Təhsil

21 İyul 2015, 11:47

Ukrayna təhlükəsizlik qüvvələri Donetsk vilayətində 9 azərbaycanlını saxlayıblar. Modern.az saytı xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Rodion Şovkoşitıy məlumat verib. Jurnalistin sözlərinə görə azərbaycanlılar separatçıların nəzarətində olan Donetsk şəhərinə qanunsuz ət apararkən yaxalanıb.

“25 maşın, 9 azərbaycanlı və 10 ton ət. Donetskdə həmyerliləri ilə görüşə gedərkən saxlanılıblar”.

Şovkoşitıyın sözlərinə görə, Ukrayna Cinayət Məcəlləsinin 332.1 “qaçaqmalçılıq” maddəsi ilə onları 6 il həbs gözləyir.

Jurnalistin sözlərinə görə, separatçılarla təmas xəttinin yaxınlığında aşkarlanan azərbaycanlılar öz yük maşınları ilə bütün gecəni təqibdən qurtulmağa çalışıblar.

Hadisə barasində ətraflı məlumatın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı