Modern.az

Zəlimxan Yaqub səhhətindən danışdı: “Çox yaxşılaşmışam”

Zəlimxan Yaqub səhhətindən danışdı: “Çox yaxşılaşmışam”

تحصیلات

26 Avqust 2015, 18:13


“Əbu -Dabidə idim. Orada müalicə olundum. İndi isə öz ata yurdumdayam. Burda da müalicəm davam edir. Çox yaxşılaşmışam”. Bunu Modern.az saytına uzun zamandır böyrək çatışmazlığından əziyyət çəkən və dövlət hesabına xaricdə müalicə alan xalq şairi Zəlimxan Yaqub bildirib.

O, xəstəliyinə baxmayaraq, çox gərgin yaradıcı fəaliyyətlə məşğul olduğunu da vurğulayıb:

“Son bir ayda o qədər yazılar yazdım ki! İnşallah, gələrəm Bakıya, o yazılar çap olunar, siz də oxuyarsınız. Görərsiniz ki, mən nə qədər məhsuldar işləmişəm”.

Elmin NURİ

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı