Modern.az

Rekordçu tələbə Modern.az-a danışdı: “Sadəcə eyforiyadayam”

Rekordçu tələbə Modern.az-a danışdı: “Sadəcə eyforiyadayam”

21 Fevral 2023, 15:58

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. İmtahanda bütün suallara düzgün cavab verən Nihad Zeynallı 100 bal toplayaraq rekorda imza atıb. 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olan N.Zeynallı təəssüratlarını Modern.az-la bölüşüb.

 

O, magistraturaya qəbul imtahanına hazırlaşarkən bir qədər çətinlik çəkdiyini, lakin məqsədinə çatmaq üçün var gücü ilə çalışdığını deyib:

 

"Düzdür, proses çətin oldu. Son həftələrdə gərgin hazırlıq prosesi gedirdi. Yanvar ayı imtandan əvvəl ən kritik aydır. Magistratura imtahanı universitet imtahanları ilə üst-üstə düşdüyü üçün bir az çətinlik olur. Mən imtahandan çıxanda ilk reaksiyam müsbət idi. Sözün açığı, 100 bal gözləyirdim. Lakin düşünürdüm ki, texniki səhv ola bilər. Tərəddüd içində idim”.

 

2001-ci il təvəllüdlü rekordçu bakalavr maliyyə ixtisası üzrə təhsilini davam etdirməyi düşündüyünü söyləyib:

 

“Hazırda heç bir fikrim yoxdur, sadəcə eyforiyadayam. Daha dəqiq seçimi qarşıdakı aylarda edəcəm. Yəqin ki, öz ixtisasım - maliyyə üzrə təhsilə davam edəcəm. Xaricdə oxumaq heç də pis olmazdı. Hələ ki ölkəmizdə oxumağı planlaşdırıram. Xaricə getmək üçün qərar verməyə tələsmirəm”.

 

Qeyd edək ki, N.Zeynallı Şəmkirdəki Baku Oxford məktəbinin məzunudur.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?