Modern.az

Müəllimlərin iş yerini dəyişməsi üçün imtahanlar başladı

Müəllimlərin iş yerini dəyişməsi üçün imtahanlar başladı

Актуально

16 İyun 2016, 13:07

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanlarında iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub.

 

Bu barədə Təhsil Nazirliyindən Modern.az-a məlumat verilib. İyunun 16-da respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları başlayıb.

 

Namizədlərə ixtisaslarına uyğun olaraq, ümumi təhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika və təlim strategiyaları üzrə 10, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sual təqdim edilir.

 

İmtahan bitdikdən sonra ekranda namizədin topladığı bal əks olunur.

 

Qeyd edək ki, vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaq. İki gün davam edən test imtahanı iyunun 17-də başa çatacaq.

 

 Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı