REAL hərəkatının dünən saxlanılan 2 üzvü bu gün Səbail rayon məhkəməsinə aparılıb.
Modern.az-ın xəbərinə görə, bu barədə REAL hərəkatı özü məlumat yayıb.
Məlumata görə, dünən gecə saatlarında polis tərəfindən saxlanılan Toğrul İsmaylov və Elşən Qasımov dünən gecəni 9-cu polis bölməsində qalıblar.
Bu gün səhər isə onların hər ikisinə məhkəmənin qərarı ilə Toğrul İsmaylovla Elşən Qasımova 7 sutka həbs verilib.
Xatırladaq ki , Toğrul İsmayıl REAL-ın Səbail-Nəsimi məclisinin sədri, Elşən Qasımov Yasamal məclisinin sədr müavinidir.
Ağa AKİFOĞLU