Modern.az

Türkiyədə 13 min məmur 6 illik əmək haqqını geri qaytaracaq

Türkiyədə 13 min məmur 6 illik əmək haqqını geri qaytaracaq

Güncel

17 Avqust 2016, 13:52

Türkiyədə dövlət qulluğu sistemində çalışan 13 min məmura verilən 6 illik əmək haqqı geri alınacaq.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyə Böyük Millət Məclisi, Milli Kəşfiyyat Təşkilatı (MİT), Milli Təhsil Nazirliyi başda olmaqla bütün dövlət orqanlarında çalışmış və 15 iyul dövlət çevrilişinə cəhddə ittiham olunmuş məmurlar aldıqları 6 illik maaşları faizi ilə dövlətə geri qaytaracaqlar.

İttiham olunan hər məmurun orta hesabla min türk lirəsi (165 min manat və ya 102 min dollar) məbləğində pulu dövlətə qaytaracağı gözlənilir.

Xatırladaq ki, 2010-cu ildə dövlət qulluğunda işləmək üçün 150 min nəfər imtahan verərək məmur olub. Onların  da13 mini imtahanlardan saxta yolla keçib.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı