Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edən “Qarabağ” və “Qəbələ” klublarının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb. Modern.az saytı xəbər verir ki, Ağdam klubu ilk oyununu Bakıda Çexiyanın “Slovan” klubu ilə keçirəcək. “Qəbələ” isə ilk turda səfərdə Belçikanın “Anderlext” komandasının qonağı olacaq.
Komandalarımızın digər oyunlarının tarixləri isə aşağıdakı kimi olacaq:
15 sentyabr
“Qarabağ” - “Slovan”
“Anderlext” – “Qəbələ”
29 sentyabr
“Fiorentina” - “Qarabağ”
“Qəbələ” – “Maynts”
20 oktyabr
PAOK - “Qarabağ”
”Sent-Etyen” – “Qəbələ”
3 noyabr
“Qarabağ” - PAOK
“Qəbələ” – “Sent-Etyen”
24 noyabr
“Slovan” - “Qarabağ”
“Qəbələ” – “Anderlext”
8 dekabr
“Qarabağ” - “Fiorentina”
“Maynts” – “Qəbələ”
Modern.az