Modern.az

“Qarabağ” və “Qəbələ” bu gün qrup oyunlarına başlayır

“Qarabağ” və “Qəbələ” bu gün qrup oyunlarına başlayır

Aktual

15 Sentyabr 2016, 09:42

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçiləri də qrup mərhələsinin ilk görüşlərinə çıxacaqlar.
“Qarabağ” Baklda Çexiyanın “Slovan” klubunu sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da “Dalğa Arena”da keçiriləcək.

Daha bir təmsilçimiz “Qəbələ” isə səfərdə “Anderlext”lə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da Brüsselin "Konstant Vanden Stok" stadionunda baş tutacaq.

Qeyd edək ki, Brüsseldə keçiriləcək görüşə təmsilçimiz ciddi itki ilə çıxacaq. Belə ki, “Maribor”la görüşdə qırmızı vərəqə alan və UEFA tərəfindən 2 oyunluq cəzalanan Teo Uiks bu gün “Qəbələ”yə kömək edə bilməyəcək.

Təmsilçilərimizin oyunlarından başqa, Avropanın müxtəlif yerlərində daha 22 matç keçiriləcək.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı