Müsavat Partiyası və Milli Şura Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Məhsul" stadionunda keçirmək istədiyi mitinqə razılıq alıb.
Bu barədə Modern.az-a Müsavat Partiyasından və Milli Şuradan məlumat verilib.
Məlumata görə, mitinqə razılığı Bakı şəhər İcra Hakimiyyəti verib.
Milli Şuranın mitinqi sentyabrın 17-də saat 17:00-dan 19-00-dək keçiriləcək.
Müsavat Partiyasının mitinqinin isə 18 sentyabr saat 17:00-dan 19-00-dək baş tutacağı gözlənilir.
Ağa AKİFOĞLU