Modern.az

3 kiloqram narkotiklə yaxalanan 20 yaşlı qıza hökm oxundu

3 kiloqram narkotiklə yaxalanan 20 yaşlı qıza hökm oxundu

Güncel

22 Sentyabr 2016, 13:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Modern.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə M.Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, 1995-ci il təvəllüdlü M.Hüseynova Gəncədən Bakıya gələrkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində baxış aparılarkən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

 

M.Hüseynova Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə ittiham olunub.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı