Ermənistan prezidenti Serj Sarkisyan yeni müdafiə nazirinin təyinatı barədə sərəncam imzalayıb.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Seyran Ohanyanı bu vəzifədə Viqen Sarkisyan əvəz edəcək.
O, Prezident Administrasiyasının rəhbəri olub.
V.Sarkisyan 1975-ci il təvəllüdlüdür. İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb.
Ağa AKİFOĞLU