Modern.az

“Bakı Metropoliteni” polisə müraciət etdi - SƏBƏB

“Bakı Metropoliteni” polisə müraciət etdi - SƏBƏB

Güncel

7 Oktyabr 2016, 11:23

“Bakı Metropliteni”nin vaqonuna qanunsuz olaraq reklam yerləşdirilib. Bu haqda Modern.az-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu, yolverilməzdir və eyni zamanda dövlət əmlakına zərər vurulması deməkdir:

 

“Oktyabr ayının 3-də metro qatarında İxlas su şirkətinə məxsus reklam vasitələrinin yapışdırılmasına rast gəlinib. Həmin reklam vasitələri vaqon qapısının üst hissəsində yerləşdirilmiş metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılıb.

“Bakı Metropoliteni” QSC məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib”.

O deyib ki, fakt Bakı Metropolitenində Polis şöbəsi tərəfindən araşdırılır.

 

2014-cü ildə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yarandıqdan sonra stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə, təhlükəsizliyinə maneə yaradan vasitələrin reklamı dayandırılıb.

 

Metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirildikdən sonra qanunvericiliyin tələbləri qorunmaqla müasir standartlara cavab verən reklam vasitələrindən istifadə olunur.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı