Modern.az

23 yaş məhdudiyyəti götürülsün - TƏKLİF

23 yaş məhdudiyyəti götürülsün - TƏKLİF

Güncel

14 Oktyabr 2016, 13:41

 

“Həm şəhid ailələrinin, həm də valideynlərini itirmiş uşaqların  23 yaş məhdudiyyəti götürlməlidir. Yəni onlar istənilən yaşda ödənişsiz təhsil ala bilsinlər”.

 

Modern.az xəbər verir ki, bunu deputat  Musa Quliyev Milli Məclisin iclasında

 

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna edilən dəyişiklikdən danışarkən deyib.

 

“Həm şəhid ailərinin övladları, həm də valideynini itirmiş şəxslərin ödənişsiz təhsil almasına yaş məhdudiyyəti qoyulmamalıdır. Cənab prezidentin 2014-cü ildə imzaladığı sərəncamda da yaş məhdudiyyəti yoxdur.”

 

Növbəti təklifim isə onların özəl, dövlət və həm də bələdiyyə hesabına olan təhsil müəssisələrində ödənisiz təhsil almalıdırlar. Burada da 23 yaş məhdiyyəti götürülməlidir.

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı