Fövqəladə Hallar Nazirliyi Bakıda yağan intensiv yağışlarla bağlı yaranan çətinliklə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Modern.az-a açıqlamasında deyib ki, Bakı şəhərində yağan yağışlarla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazailərdən su çəkir:
“Nazirliyin əməkdaşları köməksiz vəziyyətdə qalmış vətəndaşlara köməklik göstərir. Əlavə məlumat veriləcək”.
Gülşən RAUFQIZI