Modern.az

Bacısını öldürən şəxsə 9 il cəza verildi

Bacısını öldürən şəxsə 9 il cəza verildi

Güncel

17 Oktyabr 2016, 18:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Elşad Davudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Bakıda məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davudovanı bıçaqla qətlə yetirib.

Hadisəni törədən E.Davudov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı