Modern.az

"Reina" terrorunun arxasında xarici kəşfiyyat durub - Hökumətdən AÇIQLAMA

"Reina" terrorunun arxasında xarici kəşfiyyat durub - Hökumətdən AÇIQLAMA

Güncel

5 Yanvar 2017, 11:48

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş Yeni il gecəsi İstanbuldakı “Reina” gecə klubunda törədilən terror aktının arxasında xarici xüsusi xidmət orqanlarının durduğunu istisna etmir.

 

Modern.az saytının xəbərinə görə, Numan Kurtulmuş “Hurriyet Daily News”a açıqlamasında bildirib ki, terrorçunun dəstək olmadan bu cür hücum təşkil etməsi mümkünsüz görünür.

 

“Mənim mövqeyim budur ki, dəstək olmadan belə hücum mümkünsüzdür. Bu, gizli xidmətlərin işi kimi görünür. Bütün bunlar qiymətləndirilir”-deyə hökumət rəsmisi qeyd edib.

 

Bununla belə Numan Kurtulmuş konkret hansı xüsusi xidmət orqanından söhbət getdiyi barədə detallara varmayıb.  


Qeyd edək ki, “Reina”dak terror aktı nəticəsində 39 nəfər ölüb. Terrorçunun tutulması istiqamətində işlər davam edir.

 

Aqşin KƏRİMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı