Modern.az

İran razılaşmanı pozmayıb – Fransadan BƏYANAT

İran razılaşmanı pozmayıb – Fransadan BƏYANAT

Aktual

6 İyun 2018, 12:54

İran hələ də nüvə razılaşmasının şərtlərini pozmayıb.

 

Modern.az “Europa 1” radiostansiyasına istinadən xəbər verir ki, bu bəyanatla Fransa xarici işlər naziri Jan İv Le Drian çıxış edib.

 

Nazir İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE) uranın zənginləşdirilməsinin prosesinin genişləndirilməsi barədə məktubuna münasibət bildirib.

 

“Ancaq bu gün uranın zənginləşdirməsi prosesini artırmaq üçün həyata keçirilən təşəbbüs, Vyana razılaşması çərçivəsində tam olaraq qalır” – Drian bəyan edib.

 

Nazir bu təşəbbüsün alqışlanmadığını və qıcıqlandırıcı bir hal olduğuna da diqqət çəkib.

O həmçinin “qırmızı xəttə” çatmağın hər zaman təhlükəli olduğunu vurğulayıb.

 

Qeyd edək ki, İran çərşənbə axşamı MAQATE-yə nüvə razılaşmasının pozulacağı təqdirdə uranın zənginləşdirməsi prosesini artıracağını bildirən məktub ünvanlayıb.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı