Modern.az

Türkiyədən Özilə dəstək

Türkiyədən Özilə dəstək

Aktual

23 İyul 2018, 22:59

“Məsud Özil və ailəsinə tam dəstək veririk. Məruz qaldığı rəftarı, təhdidləri və mənşəyi ucbatından alçaldıcı mesajları pisləyirəm”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının Prezidenti Yıldırım Demirörən Özillə bağlı bəyanatında bildirib.

"İctimaiyyət qarşısında olsun və ya olmasın, hər oyunçu alçaldılma, ayrı-seçkilik və nifrət məzmunlu ismarıclara qarşı müdafiə olunmalıdır. Beynəlxalq futbol aləminin bütün üzvləri irqçiliyə qarşı birləşməli, qorxmadan mübarizələrini davam etdirməlidir",-Dəmirörən bəyanatında qeyd edib.

 

Xatırladaq ki, Almaniya millisinin türk əsilli yarımmüdafiəçisi Məsud Özil sosial şəbəkə hesabında basqılara görə milli komandadan ayrıldığını açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı