Modern.az

Mingəçevirdə ağır qəza

Mingəçevirdə ağır qəza

Güncel

24 İyul 2018, 00:39

Mingəçevirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Modern.az ”Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Belə ki, “VAZ 21012” markalı maşın “VAZ 21015” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü - 1977-ci il təvəllüdlü Həşimov Nurəddin Şahməddin oğlu və 1971-ci il təvəllüdlü Baxşəliyev Nəriman Salih oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı