Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Aktual

24 İyul 2018, 23:39

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 23-də 75,22 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,1 dollar dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 23-də 74,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 23-də 70,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,07 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 23-də 73,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,46 dollar/barel çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı