Modern.az

220 metr rabitə kabeli oğurlayan şəxslər saxlanıldı

220 metr rabitə kabeli oğurlayan şəxslər saxlanıldı

Current

5 Fevral 2019, 14:04

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə qəsəbəsində yerləşən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr kabeli oğurlayan şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov tutulublar.

 

Həmin şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı