Modern.az

Dillər Universitetində Macar Dili və Mədəniyyəti Mərkəzi açılıb- FOTO

Dillər Universitetində Macar Dili və Mədəniyyəti Mərkəzi açılıb- FOTO

Güncel

29 Mart 2019, 18:16

Ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə martın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Macar Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla mərkəzin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Akademik Macarıstan universitetlərindən birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılacağını diqqətə çatdırıb. Bildirilib ki, tələbələr mərkəzdə davamlı olaraq macar dili, mədəniyyəti, tarixi haqqında biliklərə yiyələnəcəklər. İki ölkə arasında siyasi, mədəni münasibətlər yüksək səviyyədədir. ADU-nun kollektivi bunu nəzərə alaraq, kiçik Macarıstan guşəsinin böyük siyasətin layiqli komponentinə çevrilməsi üçün çalışacaq.

 

Macarıstanın xarici işlər və ticarət naziri ADU-da mərkəzin yaradılması ilə bağlı təşəbbüsü yüksək qiymətləndirib. Nazir mərkəzin yaradılmasının macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin edilməsi və müəllimlərin fəaliyyətinə dəstək olmaq məqsədi daşıdığını deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı