Modern.az

Sumqayıtda internet problemi

Sumqayıtda internet problemi

Aktual

7 Sentyabr 2019, 00:19

Bu gün axşam saatlarında Sumqayıtda internetin verilməsində problemlər yaşanıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, şəhərin çox hissəsini internetlə təmin edən SNTV provayderinin fəaliyyətində ciddi problemlər yaranıb.

Artıq 3 saatdan çoxdur ki, şəhərin mərkəzi hissələrində, eləcə də bəzi mikrorayonlarında internetin verilməsində fasilə yaranıb. Problemin yaranmasını əsas səbəb kimi texniki qəzanın baş verdiyi göstərilir. SNTV-dən problemin aradan qaldırılması istiqamətində təmir işlərinin aparıldığı bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı