Modern.az

Nazir: “Fermerlərin gəlirləri artacaq

Nazir: “Fermerlərin gəlirləri artacaq”

Aktual

20 Dekabr 2019, 11:43

"2019-cu ildə ölkənin ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün mühüm fərman və qərarlar qəbul edilib".

Modern.az xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edərkən bildirib.

Nazir qeyd edib ki, artıq aqrar subsidiyaların elektron kənd təsərrüfatı sistemindən verilməsi ilə bağlı hazırlıq işləri başa çatıb:

"Gələn ildən bu sistem tətbiq olunmağa başlayacaq. Nəticədə fermerlərin gəlirləri artacaq və dövlət xidmətlərindən daha yaxşı istifadə edə biləcəklər. Kənd təsərrüfatı məhsullarının ixracı prosesi artıb. “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi buna daha əlverişli şərait yaradır. Bu sistem fermer və sahibkarların xarici bazara mallarını çıxamaq imkanını daha genişləndirib və asanlaşdırıb".

İ.Kərimovun sözlərinə görə, bu islahatın mərkəzində Azərbaycan vətəndaşı və Azərbaycan fermeri dayanır:

"Məhsullarımızın sürətli keçidi təmin edilir və xarici bazarlara daha tez çatır. Bu da xarici bazarda rəqabətin artmasına səbəb olur. Nəticədə fermerlər daha çox gəlir əldə edir və onların sosial rifahı yaxşılaşır. Biz bunu tərəvəz və meyvə ixracında daha çox görmüşük".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı