Modern.az

Türkiyədən Qarabağa əsgər göndərmək təklifi - VİDEO

Türkiyədən Qarabağa əsgər göndərmək təklifi - VİDEO

Aktual

2 Yanvar 2020, 23:29

Bu gün Türkiyə Böyük Millət Məclisində Liviyaya əsgər göndərilməsi ilə bağlı müzakirələrdə maraqlı anlar yaşanıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, müzakirə ciddi mübahisələrlə və kəskin tənqidlərlə müşahidə olunub.

 

İYİ parti qrup başqan yardımçısı, İzmirdən olan millət vəkili Aytun Çıray sənədi kəskin tənqif edib. 

 

Liviyaya əsgər göndərilməsinə etiraz edən millət vəkili Qarabağın işğal altında olmasını xatırladıb:

“Qardaş Azərbaycanın torpaqlarının yüzdə iyirmisi  işğal altındadır. Tam qanunsuz olaraq. Haydı, qalxın gedəlim, oranı qurtaraq. Nədən etmirsiniz?”

 

Qeyd edək ki, Cumhurbaşqanlığı tezkeresi (icazəsi) müzakirə edilib və 184 əleyhinə, 325 leyhinə olmaqla qəbul edilib.

 


 



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı