Modern.az

Koronavirusa yoluxan QHT sədrindən cəmiyyətə ÇAĞIRIŞ

Koronavirusa yoluxan QHT sədrindən cəmiyyətə ÇAĞIRIŞ

Aktual

10 İyun 2020, 20:58

Bir neçə gün bundan öncə sosial şəbəkələrdə Gəncədə  olan QHT sədrinin COVİD 19-a yoluxması ilə bağlı məlumat yayılmışdı.

 

Modern.az xəbər verir ki, bu gün “Təmas” regional inkişaf ictimai birliyinin sədri Südabə Məmmədova bununla bağlı öz "facebook" səhifəsində məlumat yayıb:

“Salam dostlar. Gəncədə COVİD 19-a yoluxan QHT rəhbəri mənəm və hazırda xəstəxanadayam. Mənə görə narahat olan dostlar hər birinizə təşəkkürümü bildirirəm.
Sahib Məmmədov xüsusi dəstəyinizə görə təşəkkürümü bildirirəm. Nəzərinizə çatdırım ki, məndə xəstəlik çox yüngül formada keçir. Mən evdə də qala bilərdim, heç test də verməyə bilərdim. Lakin mən anamı və oğlumu, bütün ətrafımda olan dostlarımı, xalqımı, hər kəsi çox sevdiyim üçün xəstəxanaya gəlmək istədim. Problem o idi ki, mənim adım səhv düşmüşdü və mənim sadəcə evdən çıxmağım gecikirdi deyə çox narahat olurdum. Mənim yoluxmam nədən olub, niyə olub ? Sadəcə mən inanmıram deyən, qrip idim indi sağalmişam deyən gözəl xalqım sən sağaldın, amma sənin ailə üzvün daşıyıcı olur. Və inanmıram deyənlərin nəzərinə:  həkimlərimizi, ailəmizi, nəhayət özümüzü qoruyaq. Mənim həyatımın heç vaxt yalan tərəfi olmayıb. Mən bunu yazmaya və heç kimə bildirmədən qrip idim sağaldım deyə bilərdim. Məndə hətta qızdırma belə yox idi. Lakin düşünürəm ki, mən bu yazını yazıb kimisə inandıra bilərəm. İnanmayanlar məni tanıyırsınız. Qaydalara riayət edin. Sevdiklərinizi qoruyun"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı